...

"İRƏLİ" İctimai Birliyi Füzuli və Cəbrayıl haqqında yeni sayt-bloq istifadəyə verib

Siyasət Materials 23 Avqust 2010 10:42 (UTC +04:00)
Birlikdən Trend-ə daxil olan məlumata görə, "İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altındakı bütün rayonlarına həsr olunmuş sayt-bloqlar istifadəyə verəcək.
"İRƏLİ" İctimai Birliyi Füzuli və Cəbrayıl haqqında yeni sayt-bloq istifadəyə verib

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

"İRƏLİ" İctimai Birliyi Füzuli və Cəbrayıl haqqında yeni sayt-bloq istifadəyə verib.

Birlikdən Trend-ə daxil olan məlumata görə, "İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altındakı bütün rayonlarına həsr olunmuş sayt-bloqlar istifadəyə verəcək.

Bloqların yaradılması "Mənim Qarabağım, Mənim Azərbaycanım" devizi altında həyata keçirilir.

"İRƏLİ" İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib.

Bu günə qədər artıq Şuşa, Laçın, Ağdərə və Ağdam haqqında bloqlar istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti