...

Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyə və Azərbaycanın maraqlarına cavab vermir – Əli Həsənov

Siyasət Materials 25 Avqust 2010 11:31 (UTC +04:00)
Türkiyənin təcavüzkar Ermənistanla sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Bu, yalnız işğalçı rejimin əl-qolunu aça bilər, - bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü jurnalistlərə bildirib.
Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyə və Azərbaycanın maraqlarına cavab vermir – Əli Həsənov

Azərbaycan, Bakı, 25 avqust, / Trend, müxbir M.Əliyev/

Türkiyənin təcavüzkar Ermənistanla sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Bu, yalnız işğalçı rejimin əl-qolunu aça bilər,  - bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü jurnalistlərə bildirib.

Bundan əvvəl verilən məlumata görə, Türkiyə sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək hərbi təlimlər çərçivəsində Türkiyə-Ermənistan sərhədinin qismən və müvəqqəti açılacağını istisna etmir. Lakin Türkiyə XİN başçısı Əhməd Davudoğlu bu məlumatı təkzib edib.

Həsənovun fikrincə, bu həm də Ermənistanın danışıqlarda qeyri-konstruktikv mövqe tutmaqda davam etməsinə gətirib çıxara bilər.

"Biz bu mövqeni Türkiyə rəsmi şəxslərinin diqqətinə çatdırmışıq; Baş nazir Rəcəb Tayyib Ərdoğan da, Prezident Abdullah Gül də dəfələrlə bəyan ediblər ki, Ermənistan Dağlıq Qarabağ probleminin həlli məsələsində konstruktiv mövqe nümayiş etdirməyincə, iki ölkə arasında sərhədlər açılmayacaq. Biz Türkiyənin rəsmi şəxslərinə inanırıq və hesab edirik ki, irəli sürülən bütün tələblər nə qədər ki təmin olunmayıb, Ermənistanla Türkiyə arasında sərhəd açılmayacaq", - Həsənov bildirib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti