...

Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı daxil olan şikayətlərə baxılması sistemi özünü doğruldur -MSK katibi

Siyasət Materials 25 Avqust 2010 13:18 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin keçirilməsi ilə bağlı daxil olan şikayətlərə baxılması sistemi hələ ki özünü doğruldur.
Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı daxil olan şikayətlərə baxılması sistemi özünü doğruldur -MSK katibi

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin keçirilməsi ilə bağlı daxil olan şikayətlərə baxılması sistemi hələ ki özünü doğruldur. Bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov jurnalistlərə bildirib.

"Əsas insan haqlarının qorunması, seçki hüququnun pozulmaması və yaxud pozulmuş hüququn bərpası üçün qanunauyğun bərpa şərtidir. Hazırkı sistem bu baxımdan hələ ki özünü doğruldur", - Məmmədov bildirib.

Onun sözlərinə görə, bu şərtlər  standartları tətbiq edən qurumla birlikdə ortaya qoyulan sistemdir.

Azərbaycanda Parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır. Azərbaycanın Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş siyahıya əsasən, ölkədə daimi yaşayan seçicilərin sayı 4 milyon 829 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti