...

Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq

Siyasət Materials 30 Avqust 2010 17:03 (UTC +04:00)
Bakının Nərimanov rayonu İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti Həştərxanda səfərdədir.
Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq

Bakının Nərimanov rayonu İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti Həştərxanda səfərdədir. Azərbaycan təmsilçiləri tanınmış ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun 140 illik yubileyi ilə əlaqədar tədbirlərdə iştirak edəcəklər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfər çərçivəsində Həştərxanın qubernatoru Aleksandr Jilkinin Abdin Fərzəliyevlə görüşü olub. "Mən dostluq münasibətlərimizin inkişafına verdiyiniz töhfəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm", - Jilkin deyib.

O vurğulayıb ki, hazırda Həştərxan vilayətində və Azərbaycanda bir çox birgə layihələr gerçəkləşdirilir. Məsələn, 2009-cu ildə Həştərxan-Bakı aviareysləri bərpa edilib, bu il isə Azərbaycan şirkəti ilə birlikdə nəqliyyat terminalının tikintisi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılması nəzərdə tutulub. Dahi liderin abidəsinin Volqa sahilində ucaldılması planlaşdırılır.

Fərzəliyev bildirib ki, layihənin təşəbbüskarı kimi Azərbaycan tərəfi bu ərazidə Həştərxanda ən gözəl park salmaq niyyətindədir. Abidənin ucaldılması ilə əlaqədar işlərin sentyabrın sonlarında başa çatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti