...

Azərbaycanın müxalif partiyaları daha beş seçki dairəsi üzrə razılıq əldə ediblər

Siyasət Materials 31 Avqust 2010 17:01 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları daha 5 dairə üzrə vahid namizəd irəli sürmək haqqında razılığa gəliblər.
Azərbaycanın müxalif partiyaları daha beş seçki dairəsi üzrə razılıq əldə ediblər

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları daha 5 dairə üzrə vahid namizəd irəli sürmək haqqında razılığa gəliblər. Bu barədə çərşənbə axşamı Trend-ə AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bildirib.

"Bununla Müsavat ilə AXCP arasında razılaşdırılmış dairələrin sayı 79-a çatıb", - Qəhrəmanlı əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda hər iki partiyanın birgə seçk bloku yaratması ətrafında danışıqlar gedir.

AXCP funksioneri bildirib ki, razılıq əldə edilən dairələr Bakı şəhərindən kənarda olan dairələrdir. Onun sözlərinə görə, Bakı şəhərində yerləşən bəzi darələr üzrə razılıq əldə etmək hələ də mümkün olmayıb.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti