Gürcüstan, Tbilisi, 2 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Böyük dövlət statusuna və beynəlxalq birlikdə məsuliyyətli üzvlüyə iddialı olan ölkə "xəritə" saxtakarlığı ilə məşğul olmamalıdır. Bu barədə Rusiyada yeni dünya xəritəsinin buraxılması ilə bağlı verdiyi bəyanatda deyilir.
"Gürcüstana qarşı 2008-ci ilin avqustunda edilən hərbi təcavüzdən, Gürcüstanın ayrılmaz hissəsi Abxaziya və Sxinvali regionunun işğalından, işğal olunmuş ərazilərdə dəfələrlə aparılmış etnik təmizləmədən sonra, Rusiya üçün bu ərazilərdə "müstəqil" adlandırılan rejimlərin qanuniləşdirilməsi fikri amala çevrilib", - məlumatda qeyd edilir.
Bəyanata əsasən, maliyyə yolu ilə ələalma daxil olmaqla, Rusiyanın dəfələrlə etdiyi cəhdlərə baxmayaraq, beynəlxalq ictimaiyyət Rusiyanın etdiyi cinayəti qanuniləşdirməkdən birmənalı şəkildə imtina edib.
"Aydın deyil, belə "xəritə"lərin müəllifi kim ola bilər. Əgər bu, Rusiyanın işğalçı ordusu üçün hesablanıbsa, onda 4 000 tirajı çox azdır və nəşriyyatçılar təcili olaraq 10 minlik qoşunu qane etmək üçün daha 6 000 min nüsxə dərc etməlidirlər. Lakin əgər müəllifi beynəlxalq ictimaiyyət olacağı təqdirdə, Gürcüstanın işğal olunmuş ərazilərinə münasibəti dəyişmək üçün heç bir milyon tiraj da kifayət etməz", - Gürcüstan XİN-in bəyanatında qeyd edilir.