...

Azərbaycanın cənubunda baş verən silahlı insidentdə hədəf məscid olmayıb, hadisədə şübhəli bilinənlər tutulublar - DİN

Siyasət Materials 3 Sentyabr 2010 11:10 (UTC +04:00)
Sentyabrın 3-nə keçən gecə 00:15 radələrində Lənkəranın Qumbaşı kəndi ərazisində "VAZ-2107" markalı avtomobildə olan naməlum şəxslər odlu silahdan atəş açaraq 1969-cu il təvəllüdlü Elşən Əlimməd oğlu Hüseynovu qətlə yetirib, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamoğlanova isə xəsarət yetiriblər.
Azərbaycanın cənubunda baş verən silahlı insidentdə hədəf məscid olmayıb, hadisədə şübhəli bilinənlər tutulublar - DİN

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Bağırov/

Sentyabrın 3-nə keçən gecə 00:15 radələrində Lənkəranın Qumbaşı kəndi ərazisində "VAZ-2107" markalı avtomobildə olan naməlum şəxslər odlu silahdan atəş açaraq 1969-cu il təvəllüdlü Elşən Əlimməd oğlu Hüseynovu qətlə yetirib, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamoğlanova isə xəsarət yetiriblər. Bu barədə cümə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

Zahidov bildirib ki, Lənkəran şəhər Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər və yaralını dərhal xəstəxanaya yerləşdiriblər. Hazırda yaralının vəziyyəti qənaətbəxşdir.

O deyib ki, dərhal aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Emil Bağırov və Ramin Hümbətov tutulublar.

Hadisənin digər iştirakçılarının şəxsiyyəti müəyyən edilib və tutulması üçün əməliyyat tədbirləri həyata keçirilir.

Zahidovun sözlərinə görə, bəzi KİV-lərdə məscidin atəşə tutulması barədə yayılan məlumatlar yanlışdır.
Lənkəran şəhər Polis İdarəsindən isə Trend-ə bildiriblər ki, hər iki tərəf Moskva şəhərində bizneslə məşğuldur və hadisə onlar arasında yaranan ev mübahisəsi nəticəsində baş verib.

Lənkəran şəhəri paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti