...

Koreyanın Azərbaycandakı səfiri SAM-ın direktoru ilə görüşüb

Siyasət Materials 7 Sentyabr 2010 16:46 (UTC +04:00)
Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Li Ji-ha Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyevlə görüşüb.
Koreyanın Azərbaycandakı səfiri SAM-ın direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Li Ji-ha Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyevlə görüşüb.

Mərkəzin çərşənbə axşamı yaydığı məlumata görə, Nuriyev qonağa SAM-ın fəaliyyəti, nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.

Görüş zamanı Azərbaycan və Koreya Respublikası arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə də iki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və Koreya Respublikası arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını qeyd ediblər.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti