...

İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Siyasət Materials 8 Sentyabr 2010 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu ölkəsinin milli bayramı münasibətilə təbrik edib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Xalqlarımızı birləşdirən ənənəvi dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daim geniş imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması məqsədilə bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Emoməli Şərifoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti