...

BMT baş katibinin nümayəndəsi - Cenevrə danışıqlarının həmsədri Tbilisiyə gələcək

Siyasət Materials 13 Sentyabr 2010 18:13 (UTC +04:00)
BMT baş katibinin nümayəndəsi - Cenevrə danışıqlarının həmsədri Ante Turenen sentyabrın 14-də Tbilisiyə gələcək.
BMT baş katibinin nümayəndəsi - Cenevrə danışıqlarının həmsədri Tbilisiyə gələcək

Gürcüstan, Tbilisi, 13 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

BMT baş katibinin nümayəndəsi - Cenevrə danışıqlarının həmsədri Ante Turenen sentyabrın 14-də Tbilisiyə gələcək. Bu barədə bu gün birifinqdə Gürcüstan Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar departamentinin rəhbəri Sergi Kapanadze deyib.

Onun sözlərinə görə, Turenen sentyabrın 14-də Qalidə insidentlərin qarşısını almaq mexanizmi üzrə keçiriləcək növbəti beştərəfli görüşdə iştirak edəcək.

Cenevrə danışıqları 2008-ci ilin avqustunda Gürcüstanda hərbi münaqişədən sonra avqustun 12-dən atəşkəs haqqında razılaşmaya uyğun olaraq aparılıb.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

Xəbər lenti

Xəbər lenti