...

Azərbaycanın regional məsələlər üzrə Parlament komitəsi yeni qanun layihələri təqdim edəcək

Siyasət Materials 14 Sentyabr 2010 13:17 (UTC +04:00)
Azərbaycanın regional məsələlər üzrə Parlament komitəsi Parlamentin payız sessiyasında beş qanun layihəsi ilə çıxış edəcək. Bu barədə iclasda komitənin sədri Arif Rəhimzadə deyib.
Azərbaycanın regional məsələlər üzrə Parlament komitəsi yeni qanun layihələri təqdim edəcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycanın regional məsələlər üzrə Parlament komitəsi Parlamentin payız sessiyasında beş qanun layihəsi ilə çıxış edəcək. Bu barədə iclasda komitənin sədri Arif Rəhimzadə deyib.

İnzibati -ərazi bölüşdürülməsinə dəyişikliklər üzrə qanun layihəsi Hacıqabul rayonunun Nəvai və Atbulaq kəndlərinə aid ediləcək.

Rəhimzadənin sözlərinə görə, həmçinin, Ağsu rayonunda inzibati dairələrə dəyişikliklər də olunacaq.

Bundan əlavə, komitə bələdiyyələrin siyahısına dəyişikliklər və əlavələrin daxil edilməsi üzrə qanun layihəsi, həmçinin, Dəvəçi rayonunun adınının Şabran ilə əvəz edilməsi bağlı bəzi qanunverici aktlar təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti