...

Azərbaycanın müxalif "İslahat" seçki bloku 107 dairə üzrə vahid namizəd irəli sürəcək

Siyasət Materials 14 Sentyabr 2010 14:44 (UTC +04:00)
Azərbaycanın müxalif “İslahat” seçki bloku 107 dairə üzrə vahid namizəd irəli sürəcək.
Azərbaycanın müxalif "İslahat" seçki bloku 107 dairə üzrə vahid namizəd irəli sürəcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif "İslahat" seçki bloku 107 dairə üzrə vahid namizəd irəli sürəcək. Bu barədə çərşənbə axşamı Trend-ə "İslahat" seçki blokunun həmtəsisçisi, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bu artıq son rəqəmdir və sonrakı mərhələdə razılaşdırılmış dairələrlə bağlı dəyişiklik edilməsi gözlənilmir.

"İslahat" seçki bloku Böyük Quruluş (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP), Ədalət və Təkamül partiyalarının birgə təşkilatçılığı ilə yaradılıb.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti