...

Azərbaycanın Daimi Nümayəndəsi Avropa Şurasının mühüm qurumuna sədr seçilib

Siyasət Materials 16 Sentyabr 2010 21:17 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəsi səfir Arif Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər və Ətraf Mühit üzrə Məruzəçi Qrupuna Məruzəçi qrupuna sədr seçilib. Bu barədə Trend-ə çümə axşamı Azərbaycanın Avropa Şurasındakı Daimi Nümayəndəliyindən məlumat verilib.
Azərbaycanın Daimi Nümayəndəsi Avropa Şurasının mühüm qurumuna sədr seçilib

Fransa, Strasburq, 16 sentyabr/ Trend, müxbir A.Məhərərrəmli/

Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəsi səfir Arif Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər və Ətraf Mühit üzrə Məruzəçi qrupuna sədr seçilib. Bu barədə Trend-ə çümə axşamı Azərbaycanın Avropa Şurasındakı Daimi Nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Avropa Şurası Nazirlər Komitəsinin 2010-cu il sentyabrın 16-da keçirilmiş 1091-ci iclasında ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəsi səfir Arif Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər və Ətraf Mühit üzrə Məruzəçi Qrupuna sədr təsdiq edilib. Onun bu vəzifəni yaxın 3 il müddətində icra edəcəyi nəzərdə tutulur.

"Bu təyinat Azərbaycanın Avropa Şurası çərçivəsində mədəniyyət və mədəniyyətlərarası dialoq, gənclər, idman və təhsil sahəsində fəallığının və buna verilən qiymətin nəticəsi kimi qiymətləndirilə bilər. Xatırladaq ki, 2008-ci ilin dekabrında Avropa Şurası Mədəniyyət Nazirlərinin Mədəniyyətlərarası dialoqa həsr olunmuş konfransı Bakıda təşkil olunmuş, bu günlərdə isə Avropa Şurası İdmana məsul nazirlərin 18-ci konfransı ölkəmizin paytaxtında keçiriləcəkdir. Gələn ilin aprelində isə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun da Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, bu təyinatın ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmək olar"- Daimi Nümayəndəlikdən Trend-ə bildirilib.

Xəbər lenti

Xəbər lenti