...

Bakıda Özbəkistan Prezidenti İslam Kərimovun kitabının təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Sentyabr 2010 14:43 (UTC +04:00)
Bakıda Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycan dilinə tərcümə olunmuş "Yüksək mənəviyyat basılmaz qüvvədir" kitabının təqdimatı keçirilib.
Bakıda Özbəkistan Prezidenti İslam Kərimovun kitabının təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB)

RED. Əlavəsi: yeddinci absazdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ü.Sadıqova/

Bakıda Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycan dilinə tərcümə olunmuş "Yüksək mənəviyyat basılmaz qüvvədir" kitabının təqdimatı keçirilib.

Bakı Dövlət Universitetində keçirilən mərasimdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşov qeyd edib ki, kitabın tərcüməsi ölkələr arasında əlaqələri daha da möhkəmləndirir.

"Qeyd etmək vacibdir ki, kitabın təqdimatı Azərbaycan Prezidenti İlham Əliyevin ölkələr arasındakı münasibətlərin tarixində yeni səhifə açan Özbəkistana səfəri kimi mühüm hadisə ilə eyni vaxta təsadüf edir", - səfir bildirib.

Onun sözlərinə görə, iki ölkəni vahid mənəviyyat və vahid etiqad birləşdirir. Diplomat hesab edir ki, 2007-ci ildə Daşkəndin və 2009-cu ildə Bakının islam mədəniyyəti və sivilizasiyasının paytaxtı elan edilməsi dünya birliyi tərəfindən bu xalqların dünya tarixinə nə dərəcədə töhfə verdiyini qiymətləndirməsindən xəbər verir.

Kitabda qloballaşmaya, xalqların mənəviyyatının qorunub-saxlanılmasına, gələcək nəsillərin milli dəyərlər ruhunda tərbiyə olunmasına, eləcə də alimlərin, tədqiqatçıların və mənəvi ziyalıların işinə böyük diqqət ayrılır.

"Sovet İttifaqının süqutundan sonra, bir çoxları yaranmış boşluğu öz ideologiyaları ilə doldurmağa cəhd göstərdilər, lakin bizə yad ideologiya lazım deyil, öz tariximiz və mənəviyyatımız var", - İrqaşov bildirib.

Diplomatın sözlərinə görə, Özbəkistan Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməli olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmişə Azərbaycan xalqını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. O əlavə edib ki, Azərbaycan xalqı əmin olmalıdır - qardaş özbək xalqı ərzi bütövlüyünün bərpası uğrunda mübarizədə daim onlarla birlikdə olacaq.

Milli Məclisin deputatı Eldar İbrahimovun sözlərinə görə,Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana qarşıdakı səfəri zamanı "Görkəmli adamların həyatı" silsiləsindən Ümummilli lider Heydər Əliyevin həyatı haqqında kitabın təqdimatı keçiriləcək.

Kitabın təqdimat mərazimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Azərbaycanın elm və mədəniyyət ziyalılarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti