...

Azərbaycanın hakim partiyasının namizədlər siyahısı kifayət qədər yenilənib - Əli Həsənov

Siyasət Materials 20 Sentyabr 2010 11:59 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının namizədlər siyahısı kifayət qədər yenilənib
Azərbaycanın hakim partiyasının namizədlər siyahısı kifayət qədər yenilənib - Əli Həsənov

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, YAP-ın namizədlər siyahısı kifayət qədər yenilənib.

"Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının açıqlanmış namizədlər siyahısı kifayət qədər yenilənib", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Hakim Yeni Azərbaycan Partiyası şənbə günü Parlament seçkisinə namizədlərin siyahısını açıqlayıb.

PA rəsmisi deyib ki, siyahıda partiyanın gənc üzvlərinə, təhsil, səhiyyə sahələrində, digər intellektual fəaliyyətlə məşğul sahələrdə çalışan gənclərə böyük etimad göstərilib.

"Amma bilirsiniz ki, bu, bir yarışdır. Hər bir partiya öz namizədini irəli sürür. Kimin qalib gəlməsini isə xalq müəyyən edir. Bütün partiyalara, ö cümlədən, YAP-a uğurlar arzu edirəm", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti