...

Azərbaycanda TÜRK PA-nın təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Siyasət Materials 21 Sentyabr 2010 13:52 (UTC +04:00)
Azərbaycanda parlament demokratiyasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Azərbaycanda TÜRK PA-nın təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda parlament demokratiyasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Trend-in verdiyi məlumata görə, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) təşkilatçılığı ilə keçirilən "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı konfrans çərşənbə axşamı Bakı Dövlət Universitetində baş tutub.

Tədbiri giriş sözü ilə açan BDU rektoru Abel Məhərrəmov türkdilli ölkələrin vahid danışıq dilinin yaradılmasının vacib olduğunu bildirib.

"Bir dildə danışan insanların sayı 300 milyondan çox olduqda, həmin dil BMT tərəfindən beynəlxalq dil kimi qəbul olunur. Türkdilli ölkələrin də vahid danışıq dili olmalıdır ki, həmin dil bütün dünya tərəfindən qəbul edilsin", - Məhərrəmov bildirib.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Sadətdin Kalkan öz çıxışında Türkiyə Parlamentinin strukturu və tarixi barədə məlumat verib. Parlamentin hazırda 122 dövlətin parlamenti ilə dostluq qrupu olduğunu deyib.

Azərbaycan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Azərbaycan Parlamenti haqqında konfrans iştirakçılarına məlumat verib. Milli Məclisin 8 beynəlxalq parlament təşkilatının üzvü olduğunu deyib.

Çıxış edən TÜRK PA-nın baş katibi Ramil Həsənov, Qazaxıstan Respublikası Senat Aparatının sədr müavini Berik Arın və digər şəxslər məruzələrində parlament demokratiyası, parlament tarixi və digər məsələlərə toxunublar.

Sonda konfrans iştirakçıları Bakı Dövlət Universiteti ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti