...

Elmar Məmmədyarov Nyu-Yorkda Yunanıstan və Kanada xarici işlər nazirləri ilə görüşüb

Siyasət Materials 22 Sentyabr 2010 14:36 (UTC +04:00)
Nyu-Yorka səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Yunanıstanın xarici işlər naziri Dimitris Drautsas ilə görüş keçirib.
Elmar Məmmədyarov Nyu-Yorkda Yunanıstan və Kanada xarici işlər nazirləri ilə görüşüb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir S.Ağayeva/

Nyu-Yorka səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Yunanıstanın xarici işlər naziri Dimitris Drautsas ilə görüş keçirib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmiş və bu çərçivədə TGİ layihəsi ilə bağlı söhbət aparmışlar. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlanan yunan həmkarına Məmmədyarov problemin həlli və danışıqlar prosesi ilə bağlı ətraflı məlumat verib.

Nazir həmin gün Kanadanın xarici işlər naziri Lourens Kannon ilə də görüşüb. Azərbaycanın və Kanadanın xarici işlər nazirləri iki ölkə arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.

Kannon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesinin vəziyyəti ilə maraqlanıb və cavab olaraq, həmkarı Məmmədyarov tərəfindən bu məsələ ilə bağlı ətraflı məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti