...

İranda ermənilərin nüfuzu zəifləyib - Azərbaycan səfiri

Siyasət Materials 22 Sentyabr 2010 18:05 (UTC +04:00)
İranda ermənilərin demoqrafik nüfuzu zəifləyib. Bunu Tehranda Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib.
İranda ermənilərin nüfuzu zəifləyib - Azərbaycan səfiri

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranda ermənilərin demoqrafik nüfuzu zəifləyib. Bunu Tehranda Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib. "Şah dövründə burada 200-250 min erməni yaşayırdısa, indi onların özlərinin statistikasına görə, İranda 65 min erməni yaşayır", - səfir əlavə edib.

Səfirin sözlərinə görə, İranda ermənilərin qəzetləri, kilsələri və məktəblərinin olmasına baxmayaraq, onlar özləri də qeyd edirlər ki, erməni məktəblərinə gedən yoxdur. "İran erməniləri başqa ölkələrdə yaşamaq üçün ingilis dilli məktəblərdə oxumağa üstünlük verirlər", - Axundov qeyd edib.

Xəbər lenti

Xəbər lenti