...

Yeni Konstitusiya güclü parlamentin qarantı olacaq – Gürcüstanın ədliyyə naziri

Siyasət Materials 24 Sentyabr 2010 18:14 (UTC +04:00)
Yeni Konstitusiya güclü parlamentin qarantı olacaq. Ədliyyə naziri Zurab Adeişvili bu fikirdədir.
Yeni Konstitusiya güclü parlamentin qarantı olacaq – Gürcüstanın ədliyyə naziri

Gürcüstan, Tbilisi, 24 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Yeni Konstitusiya güclü parlamentin qarantı olacaq. Ədliyyə naziri Zurab Adeişvili bu fikirdədir.

"Bundan sonra hökumətə birmənalı olaraq 2/3 etimad və ya qeyri-etimad göstərilərsə, prezidentin parlamentin buraxılmasına səlahiyyəti olmayacaq", - Adeişvili parlamentin cümə günü keçirilən növbədənkənar iclasında Konstitusiya layihəsini yeni redaktədə təqdim edərkən deyib.

Adeişvili hökumətin müəyyən sayda nazirlər dəyişildikdən sonra parlamentə etimad rəyi ilə yenidən daxil olmasının əleyhinədir. Onun sözlərinə görə, bu norma layihədə ona görə dəyişdirilib ki, bu, parlamentli respublikaların heç birində yoxdur.

Nazirin dediyinə görə, layihəyə əsasən, hökumət parlament qarşısında tam məsuliyyət daşıyır və əgər parlamentin hökumətdə edilən dəyişikliklər xoşuna gəlməsə, ortaya hökumətin məsuliyyət məsələsini qoya bilər.

Müxalifət bununla bağlı hesab edir ki, parlament tərəfindən hökumətə etimadsızlıq rəyi ifadə edilərkən prezidentin veto kvotası o qədər yüksək - 3/5-dür ki, parlament hökumətdən asılı vəziyyətdə qalacaq. Müxalifət həmçinin hesab edir ki, Baş nazir parlamentlə razılaşdırmadan hökumətdə kadr dəyişiklikləri etmək səlahiyyətinə malik olmamalıdır.

Xəbər lenti

Xəbər lenti