Rusiya Prezidentinin İranla bağlı fərmanına iki ölkə ekspertləri birmənalı yanaşmırlar

Rusiya Prezidentinin İranla bağlı fərmanına iki ölkə ekspertləri birmənalı yanaşmırlar

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranlı ekspert Rusiya Prezidenti Dimitri Medvedevin İrana "S-300" raket əleyhinə müdafiə sisteminin verilməsinin qadağan edilməsi haqqında imzaladığı fərmanın Rusiyanın ziyanına olduğunu düşünsə də, rusiyalı ekspert ölkəsinin bunu digər sahələrdə kompensasiya edə biləcəyini düşünür.

"Medvedev bilməlidir ki, yürütdüyü siyasət və verdiyi qərarlar onun və Rusiyanın ziyanınadır", - deyə İran Parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İsmail Kövsəri cümə günü Tehrandan Trend-ə bildirib.

Rusiyanın Yaxın Şərq Məsələləri üzrə Araşdırma İnstitutunun direktoru Yevgeni Satanovski isə hesab edir ki, bu fərman ərəb ölkələrinin silah bazarında böyük perspektivlər yaradacaq və Rusiya İranla ləğv etdiyi müqaviləni bu formada kompensasiya edəcək.

Rusiya Prezidenti Dimitri Medvedev sentyabrın 22-də İrana "S-300" raketəleyhinə müdafiə sistemi, hərbi təyyarələr, hərbi gəmilər və zirehli texnikaların verilməsinin qadağan edilməsi, İranın nüvə proqramının fəaliyyətlərində əlaqəsi olan bəzi şəxslərin Rusiyaya gəlməsinin qadağan olunması və sığorta şirkətlərinin İran ilə əməkdaşlığına limit qoyulması haqqında üç fərman imzalayıb. Rusiya bundan əvvəl, 2010-cu ilin may ayında BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına qarşı 1929-cu saylı qətnaməsinə müsbət səs verib və ölkə rəhbəri fərmanları bu qətnamənin icrası məqsədi ilə imzalayıb. Medvedevin imzaladığı fərmandan sonra, BMT Baş Assembleyasının iclasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib ki, Medvedevin fərmanı Rusiya-İran hərbi əməkdaşlığının pozulması anlamına gəlmir. Rusiya iddia edir ki, BMT TŞ-nin 1929 saylı qətnaməsi çərçivəsində İran ilə əməkdaşlığını limitləşdirib və qətnamədən kənar addım atmaqda maraqlı deyil. Rusiya dəfələrlə Avropa və ABŞ-ı İrana qarşı birbaşa sanksiyalar tətbiq etdiklərinə görə tənqid edib.

Kövsəri Medvedevin imzaladığı fərmanların sionistlərin və hegemon ölkələrin istəyi ilə baş tutduğunu düşünür. "Medvedevin imzaladığı fərmanlar sionistlərin və hegemon ölkələrin istəyi ilə baş tutub. Artıq dünya ictimaiyyəti proseslərin mahiyyətini anlayır, məntiqsiz və təzyiq vasitəsilə edilən çıxışları qəbul etmir. Fikrimcə, Medvedev verdiyi qərar haqqında yenidən düşünməli və iki ölkə arasında imzalanmış müqavilələrə əməl etməlidir", - deyə Kövsəri deyib.

Lakin Satanovski bu fərmanların BMT TŞ-nin və ayrı-ayrı ölkələrin İrana qarşı qoyulmuş sanksiyalar istiqamətində olduğunu deyir. " Rusiya Prezidentinin fərmanı BMT TŞ-nin və ayrı-ayrı ölkələrin İrana qarşı qoyulmuş sanksiyaları istiqamətindədir. Bu fərman RF ilə Qərbi, habelə ərəb ölkələrini yaxınlaşdırır, RF və İranın "anti-qərb" bloku mövzusuna dair spekulyativ yollarını bağlayır", - deyə Satanovski elektron-poçtla Moskvadan Trend-ə bildirib.

Kövsəri "S-300" müdafiə sisteminin İrana təhvil verilməməsi haqqında Rusiya Prezidentinin fərmanının qəbuledilməz olduğunu deyib. "S-300" müdafiə sisteminin İrana təhvil verilməsi haqqında iki ölkə arasında müqavilə beynəlxalq qanunlar çərçivəsində imzalanıb. Rusiya Prezidentinin verdiyi vədə əməl etməməsi və bu müdafiə sisteminin İrana təhvil verilməməsi haqqında fərmanı qəbulolunmazdır", - Kövsəri deyib.

Rusiyalı ekspert isə hesab edir ki, Rusiyanın öz milli maraqları hesabına İİR rəhbərliyinin nüvə proqramında və qonşu dövlətlərlə münasibətlərində qeyri-adekvat addımlarını ört-basdır etməsi barədə illuziyaları unutmaq lazımdır.

Rusiya və İran 800 milyon dollar dəyərində "S-300" raketdənmüdafiə sistemi barədə razılaşmanı 2007-ci ildə imzalayıblar. Bu razılaşmadan və İranın nüvə proqramından narahat olan ABŞ və İsrail Moskvadan Tehrana raket sisteminin satılmasından imtina etməsini istəyib. "S-300" raket komplekslərinin satışı Rusiya-İran münasibətlərində ən həssas məsələlərdən biri hesab olunur. İranlı siyasətçilər dəfələrlə Rusiya tərəfini öz öhdəliklərini yerinə yetirməməkdə günahlandırıblar.

Kövsərinin fikrincə, Rusiya imzalanmış müqavilə ilə bağlı öhdəlikləri yerinə yetirmədiyi üçün İrana kompensasiya ödəməlidir. "Rusiya və İran arasında "S-300" müdafiə silahlarının İrana satılması barədə imzalanmış müqavilədə hər şey açıq-aşkar göstərilib və gizli bir şey yoxdur. Rusiya Prezidentinin bu addımı beynəlxalq qanunlara ziddir, Rusiya İrana kompensasiya ödəməlidir", - Kövsəri deyib.

Satanovski Rusiya və İran münasibətlətinin konstruktiv şəkildə inkişaf edəcəyini düşünür.

"Rusiya və İran münasibətlətinə gəlincə, bu əlaqələr fərmanda toxunulan məsələlərdən başqa, bütün sahələrdə konstruktiv şəkildə inkişaf edəcək. Məsələn, elə götürək, MAQATE nəzarəti altında olan Buşəhrdə Atom-Elektrik Stansiyasının inşasının başa çatdırılma məsələsini", - Satanovski deyib.

Avqust ayının sonunda Rusiya Buşəhr nüvə stansiyasının rəsmi açılışını həyata keçirib. İki ölkə arasında 1995-ci ildə bağlanmış müqaviləyə əsasən, Rusiya Buşər stansiyasının 10 illik yanacaq təminini üzərinə götürüb. Hazırda Rusiya 84 ton uran yanacağını (bir illik yanacaq) İrana təhvil verib.

Qərb İranın nüvə silahı istehsal etməyə səy göstərdiyini iddia edir. İndiyədək BMT TŞ İrana qarşı 6 qətnamə çərçivəsində 4 dövr sanksiya tətbiq edib. İran nüvə proqramının fəaliyyətinin sülhməramlı olduğunu deyir.

Kövsəri Rusiyanın İrana qarşı imzaladığı fərmanların araşdırılacağını və məsələ ilə bağlı ölçü götürüləcəyini deyib, lakin Satanovski Buşəhr stansiyasının tikilməsi kimi layihələrdə birgə işləmək üçün dünyada ciddi tərəfdaşlarının az olduğunu anlayan İİR-in, çətin ki, Rusiyaya qarşı hansısa iddialar irəli sürə biləcəyini deyib.

Məqalənin hazırlanmasında T.Konyayeva iştirak edib.

ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
Loading Bars
Xəbər lenti
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
Yeni Zelandiyada zəlzələ baş verib
Şimali Makedoniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
Goranboy və Qazaxda mərmilər, qumbaralar və minlərlə patron aşkarlanıb (FOTO)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
ABŞ-Çin münasibətləri getdikcə gərginləşir
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına qalxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
İranda gün ərzində 91 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu
Azərbaycan Prezidenti: Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi
Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Rusiyada hərbi hissənin damı çökdü - Yaralılar var
Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
Pandemiya gənclərin internet asılılığını artırıb - Sorğu
Qusarda karantin qaydalarını pozan kafe aşkarlanıb
Cəlilabad sakinlərindən heroin və “beşbarmaq” götürülüb
" Yəşim - Çin daşların padşahıdır": Çin mədəniyyəti üzrə dərs
Sabah rayonlarda qar gözlənilir
Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Bütün xəbərlər