...

Ermənistanda yeni nüvə enerjisi stansiyasının inşası regionun ekologiyasına ciddi təhlükə mənbəyi olacaq - nazir müavini

Siyasət Materials 1 Oktyabr 2010 23:02 (UTC +04:00)
Ermənistanda yeni nüvə enerjisi stansiyasının inşası regionun ekologiyasına ciddi təhlükə mənbəyi olacaq, bunu Azərbaycanın Xarici İşlər Nazirinin Müavini Xələf Xələfov cümə günü Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı Katibi Yan Kubiş ilə görüş zamanı bildirib. Məlumatı cümə günü nazirliyin mətbuat xidməti yayıb.
Ermənistanda yeni nüvə enerjisi stansiyasının inşası regionun ekologiyasına ciddi təhlükə mənbəyi olacaq - nazir müavini

Azərbaycan, Bakı, 1 Oktyabr /Trend müxb. İ.Hüseynov/

Ermənistanda yeni nüvə enerjisi stansiyasının inşası regionun ekologiyasına ciddi təhlükə mənbəyi olacaq, bunu Azərbaycanın Xarici İşlər Nazirinin Müavini Xələf Xələfov cümə günü Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı Katibi Yan Kubiş ilə görüş zamanı bildirib. Məlumatı cümə günü nazirliyin mətbuat xidməti yayıb.

Ermənistanda yeni nüvə enerjisi stansiyasının inşası ilə bağlı Azərbaycan tərəfinin narahatçılığını BMT-nin İqtisadi Komissiyasının rəhbərinin diqqətinə
çatdıran Nazir müavini, köhnə Metsamor stansiyasının əsasında yeni nüvə enerjisi stansiyasının tikilməsinin regionun ekologiyasına və sosial-iqtisadi vəziyyətinə ciddi təhlükə və risklərin mənbəyi olacağını bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə sözügedən təşkilat arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu, BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində energetika, nəqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları, ticarət və digər sahələrdə uğurlu fəaliyyətin həyata keçirildiyini qeyd etmiş, gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində yeni layihələrin işlənib-hazırlanması və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulamışlar.

Həmçinin, görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir M.Nəcəfbəyli də iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti