...

Yaxın günlərdə Türkmənistan Prezidentinin Qətərə səfəri planlaşdırılır

Siyasət Materials 2 Oktyabr 2010 14:35 (UTC +04:00)
Yaxın günlərdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Qətərə rəsmi səfəri baş tutacaq.
Yaxın günlərdə Türkmənistan Prezidentinin Qətərə səfəri planlaşdırılır

Türkmənistan, Aşqabad, 2 oktyabr /Trend, müxbir H.Həsənov/

Yaxın günlərdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Qətərə rəsmi səfəri baş tutacaq. Bu barədə Türkmənistan Prezidentinin mətbuat xidməti məlumat verib.

Məlumatda deyilir ki, Türkmənistan kimi enerji dövləti olan və dünyanın ən böyük təbii qaz idxalçısı sayılan bu dost ölkə - Qətər ilə münasibətlər fəallaşır.

"İndi dost Qətərlə tərəfdaşlığın böyük iqtisadi potensialı və tərəflərin qarşılıqlı istəyi nəzərə alınmaqla, qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün əsaslar var", - hökumətin son iclasında dövlət başçısı qeyd edib.

Qətərə səfər dəvətini ərəb dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani göndərib.

"Əminəm ki, Dohada Sizinlə görüş qarşılıqlı maraq doğuran məsələlər və ölkələrimiz arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlıq yollarının inkişafı üzrə fikir mübadiləsi üçün yaxşı imkan yaradacaq", - Qətər Əmirinin məktubunda deyilir.

Son illər Türkmənistan ərəb ölkələri, xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı genişləndirir.

Xəbər lenti

Xəbər lenti