Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda polis əməkdaşlarının seçkilərdə iştirakı ilə bağlı yaddaş kitabçası hazırlanıb. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın çərşənbə günü keçirilən iclasında deyib.
"Kitabda "Polis haqqında" Azərbaycan qanununun seçki ilə bağlı müddəaları əks olunub. Kitabça polis əməkdaşlarına və seçki məntəqələrinə paylanılacaq. Hər məntəqədə bir nüsxə olacaq", - Pənahov bildirib.
Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.
Pənahov bildirib ki, seçki prosesində ictimai asayişin qorunması müstəsna haldır.