...

Azərbaycanın Estoniyada, Latviyada və Bolqarıstanda yeni səfirləri təyin olunub

Siyasət Materials 11 Oktyabr 2010 21:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Tofiq Nadir oğlu Zülfüqarovu Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın Estoniyada, Latviyada və Bolqarıstanda yeni səfirləri təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Tofiq Nadir oğlu Zülfüqarovu Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezidentin digər bir sərəncamı ilə Tofiq Nadir oğlu Zülfüqarov Azərbaycan Respublikasının Latviya Respublikasında və iqamətgahı Riqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Prezident, həmçinin, Elman Hidayət oğlu Zeynalovu Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

İlham Əliyevin digər bir sərəncamına əsasən Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Azərbaycan Prezidenti Emil Zülfüqar oğlu Kərimovu Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb
Digər bir sərəncam ilə Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının İtaliya Respublikasında, San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti