...

Xəzəryanı ölkələrin əməkdaşlığına heç bir şey mane ola bilməz – İran XİN rəhbərinin müavini (FOTO)

Siyasət Materials 12 Oktyabr 2010 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin görüşündə dövlət başçılarının növbəti görüşünə hazırlıq üzrə əldə olunmuş razılaşma əməkdaşlığa cəhd göstərildiyini sübut edir. Bunu İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə bildirib.

"Biz ciddi problemləri aradan qaldıra bildik və Xəzərin ekoloji təhlükəsizliyi üzrə Çərçivə sazişi imzaladıq, bu gün həmçinin Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması da planlaşdırılır", - Axundzadə çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu sənəd Xəzəryanı dövlətlərin Xəzərin ekoloji təhlükəsizliyi üzrə Çərçivə sazişindən sonra Xəzəryanı ölkələrin əməkdaşlığı tarixində artıq ikinci qızıl səhifə olacaq.

"Bu sazişin imzalanmasından sonra biz digər sahələrdə də əməkdaşlığa keçə biləcəyik və heç bir amil Xəzəryanı ölkələrin əməkdaşlığına mane ola bilməz", - o bildirib.

Qazaxıstan XİN nümayəndəsi Zülfiyyə Amanjolovanın sözlərinə görə, Astana hesab edir ki, bu sənədin bəndlərinin reallaşdırılması Xəzəryanı ölkələrin digər dövlət strukturları arasında da əməkdaşlığa naıl olmağa kömək edəcək. Onun sözlərinə görə, bu iclasda qazax tərəfi sərhəd xidmətləri arasında saziş layihəsinin işlənib hazırlanması haqqında təşəbbüslə çıxış edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, bugünkü tədbirin iştirakçıları bir sıra məsələləri tam razılaşdırıblar.

"Noyabrda Xəzəryanı dövlət başçılarının qarşıdakı sammiti bugünkü tədbir iştirakçılarının üzərinə bu sammitin hazırlanması və orada əldə olunacaq nəticələrə görə məsuliyyət qoyur", - Ryabkov bildirib.

O deyib ki, Rusiyanın nümayəndə heyəti bu iclasın gedişində konstruktiv işləməyə həvəslidir.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti