...

Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün zəruri şərait təmin olunub - hakim partiyanın sədr müavini

Siyasət Materials 13 Oktyabr 2010 15:38 (UTC +04:00)
Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün zəruri şərait təmin olunub.
Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün zəruri şərait təmin olunub - hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün zəruri şərait təmin olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov bildirib.

"Azərbaycanda demokratik parlament seçkilərinin keçirilməsi üçün lazımi hüquqi baza mövcuddur. Azərbaycan Respublikasının Seçki Məcəlləsi ədalətli, demokratik və ədalətli seçkilərin keçirilməsinin hüquqi bazasını təmin edir. Azərbaycan hökuməti də seçkilərin demokratik norma və dəyərlərə uyğun keçirilməsi üçün zəruri mühiti formalaşdırıb. Buna bariz nümunə Azərbaycandakı siyasi partiyaların seçki prosesinə qatılmaq istəyidir", - Əhmədov əlavə edib.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Əhmədov deyib ki, partiyanın namizədləri bəzi istisnaları çıxmaq şərti ilə hamısı qeydə alınıb.

"114 dairədən namizəd irəli sürülmüşdü. YAP-ın irəli sürdüyü namizədlərdən 112-si bütün prosedur qaydalarını keçərək namizədliyi qeydə alınıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 61 dairədən çox dairədə namizədliyini qeydə aldığına görə YAP parlament seçkilərdə partiya kimi iştirak etmək hüquq qazanıb", - o qeyd edib.

Əhmədov partiya tərəfindən irəli sürülən namizədlərin Azərbaycan cəmiyyətində nüfuza malik olduğunu deyib.

"Namizədlərimizin 48 nəfəri bu gün partiyamızı və Azərbaycan xalqını parlamentdə təmsil edir. 5 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər isə müxbir üzvüdür. 10 nəfər ali məktəb rektorudur. Namizədlərimiz sırasında 24 nəfər qadındır. Bütün namizədlərimiz cəmiyyətdə yüksək nüfuza malikdirlər", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti