...

Azərbaycan Prezidenti Mingəçevir-Xaldan yolunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 15 Oktyabr 2010 02:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Mingəçevir-Xaldan yolunun açılışında iştirak edib (FOTO)

RED: əlavəsi: şəkillər əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yolun yenidən qurulması işləri bu il həyata keçirilmişdir. Uzunluğu 21 kilometr olan yol üçüncü dərəcəlidir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Torpaq yatağı ilə birlikdə yolun eni 12 metrə bərabərdir. Bu yolun region üçün strateji əhəmiyyəti böyükdür. Çünki bu yol Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 263-cü kilometri ilə Mingəçevir şəhərini birləşdirir.

Bundan əlavə, Mingəçevir şəhərinin paytaxtla, həmçinin, respublikanın şimal-qərb bölgəsi ilə nəqliyyat əlaqəsini təmin edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan Gəncə-Qazax regionuna və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan istifadə edir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, inşaatçılara uğurlar arzuladı.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti