...

Gürcüstanda Azərbaycanın xarici işlər naziri üçün mədəni proqram təşkil olunub

Siyasət Materials 14 Oktyabr 2010 18:06 (UTC +04:00)
Gürcüstana gələn Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov üçün mədəni proqram təşkil olunub.
Gürcüstanda Azərbaycanın xarici işlər naziri üçün mədəni proqram təşkil olunub

Gürcüstan, Tbilisi, 14 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstana gələn Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov üçün mədəni proqram təşkil olunub. Nazir Gürcüstanın şərqində bərpa olunmuş Siqnaxi turizm şəhərciyindədir. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan XİN-dən məlumat verilib.

Cümə axşamı Elmar Məmmədyarov, həmçinin, Bodbe və Msxetaya səfər edərək diqqətəlayiq yerlərə baxacaq. Bu gün Gürcüstanın Msxeta şəhərində Svetisxovloba dövlət bayramı qeyd olunur.

"Azərbaycanlı qonaq rəsmi görüşlərə sabahdan başlayacaq", - bu barədə Trend-ə Gürcüstan XİN-dən məlumat verilib.

Gürcüstan Prezidenti Mixail Saakaşvili, Baş nazir Nika Qilauri, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşlər planlaşdırılıb. Tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti