İnfrastruktur və təhsilin səviyyəsi Azərbaycanda yüksək səviyyədə olmalıdır - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)(FOTO)

İnfrastruktur və təhsilin səviyyəsi Azərbaycanda yüksək səviyyədə olmalıdır - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)(FOTO)

RED. əlavəsi: Dövlət başçısının çıxışı əlavə olunub

Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev kollektivi və ictimaiyyətin nümayəndələrini məktəbin açılışı münasibətilə təbrik edib.

"Məktəbin tikintisi münasibətilə sizi təbrik edirəm, çox gözəl, müasir məktəbdir. İcra başçısı mənə dedi ki, buradakı məktəb çox bərbad vəziyyətdə idi, uzun illər təmirsiz qalmışdı. Bina söküldü və yerində belə gözəl, yaraşıqlı məktəb tikildi. Özü də bir saylı orta məktəb gərək hər cəhətdən bir nömrəli olsun. Sizi ürəkdən təbrik edirəm, bu, gözəl hadisədir. Uşaqlar da burada yaxşı oxuyacaqlar, müəllimlər üçün də şərait yaradılıb.
Müəllimlər böyük işlər görürlər. Bu yaxınlarda Azərbaycanda müəllimlər günü qeyd olunmuşdur. Bu münasibətlə sizi bir daha təbrik edirəm. Müəllimlərin cəmiyyətdə rolu çox böyükdür və vacibdir. Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və bilik əsasdır. Çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar. Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun. Xüsusilə nəzərə alsaq ki, bu gün Azərbaycanda belə gözəl məktəblərin sayı çoxdur", - dövlət başçısı deyib.

Onun sözlərinə görə, ancaq son 5-6 il ərzində 2 mindən çox məktəb tikilib və təmir olunubdur.

"Bu işlər davam etdirilir. Biz elə etməliyik ki, Azərbaycanda bərbad, qəzalı vəziyyətdə heç bir məktəb qalmasın. Yevlaxda da məktəb tikintisi çox sürətlə gedir. Deyə bilərəm ki, regionların arasında bəlkə də ən sürətli məktəb tikintisi prosesi məhz Yevlaxdadır. Son illərdə 20-dən çox məktəb tikilib və təmir olunub. Düzdür, hələ ki, yaxşı vəziyyətdə olmayan məktəblər vardır. Ancaq tədricən onlar da ya təmir olunacaq, ya da ki, sökülüb yerində belə gözəl, müasir məktəblər tikiləcəkdir.
Həm infrastruktur, həm təhsilin səviyyəsi - bax, bu iki vacib amil Azərbaycanda yüksək səviyyədə olmalıdır. Gözəl məktəb tikmək olar. Bu gün maddi imkanlarımız bu şəraiti bizim üçün yaradır. Ancaq bu məktəbdə gərək təhsilin səviyyəsi yüksək olsun. Burada oxuyan uşaqlar anlamalıdırlar ki, həyatda layiqli yer tutmaq üçün mütləq bilikli olmalıdırlar. Əvvəlki dövrlərdə bəzən gənclərin bir hissəsi daha çox diplom əldə etmək üçün çalışırdılar. Çünki diplom o vaxt bütün qapıları açırdı. Sovet İttifaqı zamanında hər bir insan işlə təmin olunurdu. Ancaq biz indi bazar iqtisadiyyatı, açıq rəqabət şəraitində yaşayırıq. Ona görə diplomun olması heç nəyi göstərmir, bilik, peşəkarlıq olmalıdır. Ona görə məktəb tikintisi, peşə məktəblərinin, uşaq bağçalarının yaradılması - bütün bunlar təhsil sistemimizi gücləndirir.
Əlbəttə ki, biz indi dünyada tətbiq olunan qabaqcıl təcrübəni Azərbaycana gətiririk. İndi elektron tədris proqramları, elektron lövhələr, kompyuter proqramları vardır. Bizdə bu sahədə də işlər yaxşı səviyyədədir, 6-7 il bundan əvvəl min şagirdə bir kompyuter düşürdü. İndi ölkə üzrə 20 şagirdə bir kompyuter düşür və uşaqlar kompyuteri bizdən yaxşı bilirlər. Bəzən biz onlardan nə isə soruşuruq. Çünki bu, müasirlikdir, yenilikdir, inkişafdır.
Mən sizi bir daha bu gözəl hadisə - məktəbin istifadəyə verilməsi münasibətilə təbrik etmək istəyirəm. Müəllimləri bir daha peşə bayramları münasibətilə təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram" deyə, Azərbaycan Prezidenti bildirib.

Əməkdar Müəllim Qiyas Quliyev Yevlax şəhərinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına yevlaxlıların minnətdarlığını çatdıraraq deyib ki, məktəbin binası 5 ay müddətində tikildi.

"Bu Sizin səyinizin, Sizin fəaliyyətinizin nəticəsidir. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Yevlaxda da xeyli məktəb tikilmişdi. Ona görə də mən Mehriban xanıma öz minnətdarlığımı bildirirəm. Çox sağ olsun ki, Sizin kimi, o da təhsilə qayğı göstərir.
Mən Sizə açığını deyim ki, təhsilə qayğınızı hər yerdə duyuruq. Məsələn, Siz müəllimlərə böyük qayğı göstərirsiniz. İstəmirəm çox danışım. Müəllimlərin əməkhaqqı artıb. Bunlar hamısı vacib işlərdir. Bizim rayonda hamı Sizin fəaliyyətinizi, tədris işinə olan diqqət və qayğınızı yüksək qiymətləndirir. Bir məsələni də deyim ki, valideynlər, müəllimlər, hətta şagirdlər təhsilə göstərdiyiniz qayğıya görə minnətdardırlar. Mən bilən, başqa respublikalarda məktəblilərə pulsuz dərslik vermirlər. Amma bu, Azərbaycanda ənənə halı alıb. Çox sağ olun ki, Siz latın qrafikasında lazım olan bütün ədəbiyyat külliyatını bizə verdiniz. Hələ ondan başqa, elmi ensiklopediyaları da çap etdirirsiniz. Bu, Sizin fəaliyyətinizin nəticəsidir. Bunlar hamısı gənclərimizin dünyagörüşünün artırılması üçün atılan addımlardır.
Azərbaycanda belə məktəblər çox tikilir. Bunların hamısına Siz qayğı göstərirsiniz. Bir məsələni də qeyd etmək istəyirəm ki, biz müharibə şəraitindəyik. Müəllimlərimiz çox ciddi iş aparırlar. Vətənpərvərlik tərbiyəsinə aid, hərbi vətənpərvərliyə aid işlər görürlər. Məsələn, əvvəllər bir ildə bizim 2-3 uşağımız ali hərbi məktəblərə qəbul olunurdu. Amma indi 116 nəfər şagird və yaxud da məzun hərbi liseydə və ya akademiyalarda oxuyur. Bu, çox böyük bir şərəfdir.
Hörmətli Prezident, bir məsələni də vurğulamaq istəyirəm ki, Siz Qarabağ İcması binasının açılışı mərasimində çox böyük bir nitq söylədiniz. Mən o nitqi oxudum, televiziyada da dinlədim. Açığını Sizə deyim ki, Sizin o nitqiniz müəllimlər üçün böyük bir proqramdır. Onu dönə-dönə oxumaq lazımdır. Çox ciddi məsələlərə toxunmusunuz. Mən Sizin nitqinizin bir məqamını xüsusi qeyd etmək istəyirəm ki, ermənilərin fikirləri özlərinə getməsin. Onlar vətənlərini unuda bilərlər. Amma Azərbaycan xalqı heç vaxt, heç zaman öz torpaqlarını unutmayacaqdır. Buna görə, bu ifadələrə görə, bütün Yevlax ictimaiyyəti, eləcə də bütün Azərbaycan xalqı Sizə minnətdardır.
Bir məsələni də deyim ki, bu açılışda Sizin və Mehriban xanımın iştirakı məktəbimizin tarixində çox əlamətdar hadisədir. Hamımız bundan çox sevinirik. Ümumiyyətlə, Sizin, Mehriban xanımın gəlişi, bir qayda olaraq, həmişə yevlaxlıların ürəyindən olub. Ona görə də Sizə səmimi minnətdarlığımı bildirirəm. Sizin qayğınız nəticəsində Yevlax müəllimləri gələcək üçün çox dəyərli və yüksək səviyyəli gənclər hazırlayacaqlar. Sizin burada iştirakınız bizim ziyalıların, demək olar ki, bütün müəllimlərin, nəinki müəllimlərin valideynlərin hafizəsində, qəlbində uzun müddət yaşayacaqdır", - o deyib.

Prezident İlham Əliyev qeyd edib ki, təhsillə, vətənpərvərlik tərbiyəsi ilə bağlı bu məsələlərə Azərbaycanda çox böyük diqqət göstərilir.

"Bir də demək istəyirəm ki, müəllimlərin bu işlərdə rolu, fəaliyyəti həlledicidir.
Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Siz də xatırlayırsınız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixə, həm indiki vəziyyətə, həm də gələcəyə aid kifayət qədər çoxsaylı geniş çıxışlarım olubdur. Ancaq bu hissləri, bu vətənpərvərlik duyğularını uşaqlara gündəlik olaraq müəllimlər aşılayırlar. Ona görə müəllimlərdən çox şey asılıdır. Azərbaycanda bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək - bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət, sadəcə olaraq, bir inkişaf istiqaməti deyil, bu, qlobal, ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz", deyə o bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın təbii sərvətləri, güclü iqtisadiyyatı vardır.

"İndi vəziyyət sabitdir, Azərbaycanda ictimai-siyasi sabitlikdir. Ancaq ölkəni inkişaf etdirən insanlardır. Yəni bilikdir, fikirdir, iradədir, qabiliyyətdir. Mən çox istəyirəm, biz hamımız istəyirik ki, vətəndaşlarımız bilikli, savadlı, yaxşı vətəndaş, vətənpərvər olsunlar, Vətəni sevsinlər. Bunu etmək üçün biz güclü dövlət qurmalıyıq. Uşaqlarımız tariximizi yaxşı bilməlidirlər. Çünki sovet dövründə uzun illər biz tarixin bir hissəsini bilirdik, amma digər hissəsini bilmirdik. Bəzi hallarda bizə qəhrəman kimi təqdim olunan insanlar, əslində, Azərbaycan xalqına qarşı cinayətlər törətmişlər. Bu tarixi biz yaxşı bilirik. Biz real tarixi sonradan öyrənməyə, dərk etməyə başladıq. Məni bir Prezident və vətəndaş kimi ən çox hiddətləndirən o deyil ki, misal üçün biz bilmirdik 1918-ci ildə nələr baş verirdi, 26 komissar qəhrəman kimi təqdim olunurdu, əslində isə, onlar azərbaycanlılara qarşı amansız qəddarlıq törətmişdilər. Yəni, məsələ onda deyil ki, biz bunları bilmirdik, indi bilirik. Məsələ ondadır ki, biz onların qəhrəman olduqlarına inanırdıq. Yəni belə tərbiyə almışdıq. Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı. Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə abidə ucaldılmışdı. Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən! Ancaq necə?! Göstəriş verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin nümayəndələri, din xadimləri orada basdırılmış cəsədlərin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görsünlər. Halbuki vaxtilə orada basdırılmış adamlar azərbaycanlılara qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan dözümlülük, mədəniyyət, tolerantlıq nümayiş etdirdik və orada basdırılmış cəsədləri başqa yerə hörmətlə köçürdük. Ancaq o tarix daha Azərbaycanda olmamalıdır. Uşaqlarımız sual verməməlidir ki, bu kimdir? Nə üçün bunun abidəsi burada ucaldılıb? Bu, Azərbaycan xalqı üçün nə edib? Yəni, məni, necə deyərlər, ən çox darıxdıran məhz odur ki, vaxtilə biz bilməmişik ki, nə olub, sonradan bilmişik.
Bizim uşaqlar xoşbəxtdirlər. Onlar müstəqil ölkədə yaşayırlar. Bu gün taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir və uşaqlarımız tariximizi, keçmişimizi, bugünkü reallıqları yaxşı bilməlidirlər. Mən o görüşdə söyləmişdim ki, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmayacaqdır. Mən dəfələrlə söyləmişdim ki, bugünkü Ermənistan - xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan olunması Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib?! Əgər o bölgələr dırnaqarası "Böyük Ermənistan"a aid idisə, onda nə üçün bizdən icazə alırdılar?!",  deyə Azərbaycan Prezidenti bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.

"Erməni dilində "Qarabağ" sözü var? Yoxdur! Qarabağın Xankəndi şəhərinə Stepanakert adını o vaxt Sovet İttifaqı verib. Nədir Stepanakert?! Bu ad Stepan Şaumyanın adından götürülüb. Əgər bu şəhərin ermənilərlə bağlı tarixi bir keçmişi olsaydı, o adı qoyardılar?! Onun tarixi adı Xankəndidir. Budur reallıq. Yəni bizim uşaqlar bütün bunları bilməlidirlər ki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yerləşir. Bu az imiş, hələ istəyirlər bizim ərazimizdə ikinci dövləti yaratsınlar. Tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaratmaq istəyirlər. Heç vaxt buna razılıq verə bilmərik və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. İstənilən yolla! Mən buna şübhə etmirəm!
Bu gün Azərbaycan qüdrətli dövlətdir. Bu gün Azərbaycan təkcə təhsildə deyil, bütün sahələrdə böyük işlərə qadirdir. Hara baxsan, bunu görmək mümkündür. Elə Yevlaxın yeniləşən simasına baxın. Siz burada yaşayırsınız, bəlkə öyrəşmisiniz. Amma mən Prezident kimi buraya beşinci dəfədir ki, gəlirəm. Ondan əvvəlki dövrlərdə də burada olmuşam. Mən də yaxşı xatırlayıram burada vəziyyət necə idi. Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır. Belədir", dövlət başçısı deyib.

Mərasim iştirakçıları Prezident və xanımı ilə xatirə şəkli çəkdirdilər.

Sonra məktəbin açılışı oldu. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, burada 81 il əvvəl Yevlaxın ilk orta məktəbi yerləşmişdir. Köhnə bina yararsız hala düşdüyündən sökülərək, 2009-cu ildən yeni binanın inşasına başlanmışdır.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Birinci mərtəbədə zəngin kitabxana və xidmət otaqları, idman zalı, tibb məntəqəsi yerləşir. İkinci mərtəbədə sinif otaqları və 2 kompyuter otağı vardır. Üçüncü mərtəbə fənn kabinetləri, 2 laboratoriya, sinif otaqları, akt zalından ibarətdir.

Dövlətimizin başçısı və xanımı dərs otaqlarına və musiqi kabinetinə baxdılar.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi.

Foto - www.azertag.com

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6 000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
Bütün xəbərlər