...

Azərbaycanda keçiriləcək parlament seçkilərində 700-ə yaxın namizəd var

Siyasət Materials 14 Oktyabr 2010 18:29 (UTC +04:00)
Bu günə qədər 695 nəfər Azərbaycanda keçiriləcək parlament seçkilərinə namizəd kimi qeydə alınıb. Bu barədə cümə axşamı Mərkəzi Seçki Komissiyasının iclasında Komissiya sədri Məzahir Pənahov deyib.
Azərbaycanda keçiriləcək parlament seçkilərində 700-ə yaxın namizəd var

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bu günə qədər 695 nəfər Azərbaycanda keçiriləcək parlament seçkilərinə namizəd kimi qeydə alınıb. Bu barədə cümə axşamı Mərkəzi Seçki Komissiyasının iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, müraciət edənlərdən 324 nəfərin namizədliklərinin qeydə alınmasından imtina olunub.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

MSK-nın cümə axşamı keçirilən iclasında Pənahov bildirib ki, 7433 nəfər dairə seçki komissiyalarına seçkiləri müşahidə etmək məsələləri ilə bağlı müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti