...

Azərbaycan Demokratik İslahatlar Partiyasının başçısı parlament seçkilərində ATƏT-in müşahidəçilər missiyasının rəhbəri ilə görüşüb

Siyasət Materials 16 Oktyabr 2010 17:22 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycanda keçiriləcək parlament seçkilərində ATƏT-in müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossukla görüşüb. Bu barədə partiyanın şənbə günü yayılan məlumatında deyilir.
Azərbaycan Demokratik İslahatlar Partiyasının başçısı parlament seçkilərində ATƏT-in müşahidəçilər missiyasının rəhbəri ilə görüşüb

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycanda keçiriləcək parlament seçkilərində ATƏT-in müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossukla görüşüb. Bu barədə partiyanın şənbə günü yayılan məlumatında deyilir.

Görüşdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər seçki prosesinin ilkin mərhələsinin gedişini və seçki kampaniyasının aparılmasını da müzakirə ediblər.

Görüşdə missiyanın üzvlərindən ATƏT PA-nın Vyanadakı xüsusi nümayəndəsi Andreas Notelle və Avstriyanın ATƏT PA-dakı nümayəndə heyətinin katibi Lukas Mussi, ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel də iştirak edib.

Xəbər lenti

Xəbər lenti