...

Tehran İranda Xəzərin dəniz mühitinin qorunması üzrə Konvensiyanın daimi katibliyini açmağı təklif edir

Siyasət Materials 18 Oktyabr 2010 18:35 (UTC +04:00)
İran ölkədə Xəzərin dəniz mühitinin qorunması üzrə Konvensiyanın (Tehran Konvensiyası) daimi katibliyini açmağa hazır olduğunu bəyan edib.
Tehran İranda Xəzərin dəniz mühitinin qorunması üzrə Konvensiyanın daimi katibliyini açmağı təklif edir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

İran ölkədə Xəzərin dəniz mühitinin qorunması üzrə Konvensiyanın (Tehran Konvensiyası) daimi katibliyini açmağa hazır olduğunu bəyan edib. Bu barədə bazar ertəsi Ətraf Mühitin Müdafiəsi Təşkilatının vitse-prezidenti Məcid Şafiipura istinadən ISNA agentliyi məlumat yayıb.

2003-cü il noyabrın 5-də Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri Xəzərin dəniz mühitinin qorunması üzrə Konvensiyanı imzalayıblar. Regional beynəlxalq konfransın məqsədi Xəzər dənizinin müdafiəsi, qorunması, bərpası və bioloji resurslardan davamlı və rasional istifadə daxil olmaqla, dəniz mühitinin çirklənmədən müdafiəsi daxildir. Konvensiyaya uyğun olaraq struktur - hər bir iştirakçı dövlətin nümayəndələrindən ibarət razılığa gələn tərəflərin konfransı təsdiqlənib. Konfrans müntəzəm olaraq növbə ilə toplanır, zərurət yarandığı halda, iştirakçı dövlətlərin ərazisində və ya katibliyin yerləşdiyi yerdə növbədənkənar sessiyalar keçirilir.

"Hazırda müvəqqəti katiblik (Konvensiyanın) Cenevrədə yerləşir. Ehtimal olunur ki, Konvensiyanın noyabrın 24-dən 26-dək keçiriləcək iclaslarında daimi katibliyin açılması barədə qərar qəbul olunacaq", - agentlik Şafiipurun sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, İran Konvensiyanın tapşırıqlarına, yəni Xəzəryanı ölkələr arasında Xəzər dənizinin ətraf mühitinin müdafiəsi və bərpası, çirklənməyə nəzarət və onunla mübarizə, bioloji resursların qorunub saxlanması üçün birgə əməkdaşlığa ciddi əməl edir ki, bu da katibliyin paytaxtının olması qərarının həlli zamanı Tehrana müəyyən üstünlük verir.

"İslam Respublikası regionun beş dövləti arasında Xəzərin dəniz mühitinin qorunması üzrə Konvensiyanın (Tehran Konvensiyası) daimi katibliyinin "evi" olmaq üçün ən yaxşı variantdır. Ümid edirik ki, bizdə bu alınacaq", - Şafiipur qeyd edib.

Xəbər lenti

Xəbər lenti