...

Azərbaycanda bu ilin 9 ayında 723 piyadavurma hadisəsi qeydə alınıb

Siyasət Materials 19 Oktyabr 2010 16:10 (UTC +04:00)
77 yol nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.
Azərbaycanda bu ilin 9 ayında 723 piyadavurma hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda bu ilin 9 ayında qeydə alınan yol-nəqliyyat hadisələrinin 37,9%-ni (723) piyadaların vurulması təşkil edib. Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə axşamı  Trend-ə verilən məlumata görə, nəticədə 228 piyada həlak olüb, 558-i yaralanıb.

77 yol nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış qəzalar nəticəsində 50 nəfər uşaq və yeniyetmə həlak olub, 197 nəfər yaralanıb.

Həlak olanlardan 32-si, yaralananlardan isə 112 nəfəri piyadalardır.

Hesabat dövründə qeydə alınan qəzaların 42,8%-i (816) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,7%-i (452) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8%-i (154) yolayırıcılarını keçmə qaydalarının pozulması, 2,5%-i (47) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Xəbər lenti

Xəbər lenti