...

YUNESKO işğal olunmuş Fələstin əraziləri və Qüdsün mədəni irsi üzrə qətnamə qəbul edib

Siyasət Materials 22 Oktyabr 2010 17:25 (UTC +04:00)
YUNESKO-nun İcraiyyə Şurası 185-ci sessiyada işğal olunmuş ərəb və Fələstin ərazilərinə aid beş qətmanə qəbul edib. Onların arasında "Qüdsün mədəni irsi" də var.
YUNESKO işğal olunmuş Fələstin əraziləri və Qüdsün mədəni irsi üzrə qətnamə qəbul edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Y.Ostapenko/

YUNESKO-nun İcraiyyə Şurası 185-ci sessiyada işğal olunmuş ərəb və Fələstin ərazilərinə aid beş qətmanə qəbul edib. Onların arasında "Qüdsün mədəni irsi" də var. Bu barədə təşkilatın məlumatında deyilir.

İkihəftəlik sessiya cümə axşamı başa çatıb. 34 nümayəndə heyəti sənədi dəstəkləyib, bir dövlət əleyhinə çıxış edib, 19-u bitərəf qalıb.

Qətnamədə qədim Qüds şəhərinin müsəlman, xristian və yəhudilər üçün mühüm dini əhəmiyyəti təsdiq olunur. Qətnamə baş direktora problemin memarlıq, təhsil, mədəni və demoqrafik aspektlərini əhatə edən məruzənin hazırlanması üçün ekspertləri təyin etməyi təklif edir.

Qətnamələrdən biri Qəzza bölgəsinin bərpasına və inkişafına çağırır. Orada YUNESKO-nun İcraiyyə Şurasının 58 dövlətdən ibarət üzvləri Qəzza bölgəsinin davam etməkdə olan blokadası ilə bağlı narahatlıqlarını ifadə edərək, belə rejimin personalın və humanitar yüklərin azad hərəkətini çətinləşdirdiyini qeyd ediblər.

"Qədim Qüds şəhərində Muqrabi qapılarına qalxma" qətnaməsində İsrailə İordaniya və Vəqf ekspertlərinin Muqrabi qapılarına buraxılışını təmin etmək çağırışı səslənir. Sənəd abidənin mötəbərliyini və bütövlüyünü pozacaq heç bir tədbirin görülməməsini tələb edir. Bu, Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya və Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvesiyasına əsasən nəzərdə tutulub.

Daha bir qətnamə işğal olunmuş ərəb ərazilərində tədris və mədəni müəssisələrlə bağlıdır. Qəbul olunmuş qətnamələr arasında "Fələstinin əl-Haram əl-İbrahim/əl-Xəlil/Xevrondakı patriarxlar məqbərəsi və Bilal ibn Rabah məscidi/Vifleyemdəki Rahil məqbərəsi" qətnamələri var. Orada bildirilir ki, bu iki abidə işğal olunmuş Fələstin ərazilərinin ayrılmaz hissəsidir və İsrail hökuməti tərəfindən istənilən birtərəfli hərəkətlər beynəlxalq hüququn, YUNESKO konvensiyalarının, eləcə də BMT və Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi başa düşüləcək.

Xəbər lenti

Xəbər lenti