...

Qarşılıqlı əlaqədə olan dünyamız ümumi tərəqqi üçün yeni geniş imkanlar yaradır - BMT-nin Baş katibi

Siyasət Materials 23 Oktyabr 2010 01:20 (UTC +04:00)
Problemlərimizə, qütbləşmə və inamsızlığa baxmayaraq qarşılıqlı əlaqədə olan dünyamız ümumi tərəqqi üçün yeni geniş imkanlar yaradır, bunu BMT-nin Baş katibi Ban Ki Mun Təşkilatın yaranmasının 65-ci ildönümü münasibətilə müraciətində bildirib. Məlumatı cümə günü BMT-nin İctimai İnformasiya Departamentinin yayıb.
Qarşılıqlı əlaqədə olan dünyamız ümumi tərəqqi üçün yeni geniş imkanlar yaradır - BMT-nin Baş katibi

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.Hüseynov/

Problemlərimizə, qütbləşmə və inamsızlığa baxmayaraq qarşılıqlı əlaqədə olan dünyamız ümumi tərəqqi üçün yeni geniş imkanlar yaradır, bunu BMT-nin Baş katibi Ban Ki Mun  Təşkilatın yaranmasının 65-ci ildönümü münasibətilə müraciətində bildirib. Məlumatı cümə günü BMT-nin İctimai İnformasiya Departamentinin yayıb.

Altmış beş il bundan əvvəl, 24 oktyabr Birləşmiş Millətlər Təşkilatının əsasını qoyan Nizamnamə qüvvəyə minmişdir.

Baş katibin sözlərinə görə, hər il BMT Günüdə Təşkilat öz qlobal məqsədlərini bir daha təsdiq edir, ümumbəşəri dəyərlər olan tolerantlıq, qarşılıqlı hörmət və insan ləyaqətini yenidən bəyan edir.

"Biz həm də birlikdə nail olduğumuz tərəqqini nəzərdən keçiririk: savadlılıq və gözlənilən ömür müddətində artım, bilik və texnologiyanın yayılması, demokratiya və qanunun aliliyi sahələrində irəliləyişlər", Ban Ki Mun deyib.

Lakin hər şeydən əvvəl, Baş katibin sözlərinə görə, BMT günü daha çox işlər görmək üçün bir gündür. Onların arasında silahlı münaqişələrin girovuna çevrilmiş insanları qorumaq, iqlim dəyişməsi ilə mübarizə aparmaq və nüvə fəlakətinə yol verməmək; qadınlar və qızlar üçün daha geniş imkanlar yaratmaq, haqsızlıq və cəzasızlıqla mübarizə aparmaq və s.

Ban Ki Mun müraciətində Minilliyin İnkişaf Məqsədlərinə də toxunub.

"Keçən ay Birləşmiş Millətlər Təşkilatında baş tutmuş Minilliyin İnkişaf Məqsədlərinə dair Sammit bir siyasi canlanma yaratdı, həmçinin hazırkı iqtisadi cəhətdən çətin bir zamanda xüsusilə əhəmiyyətli maliyyə öhdəliklərinin götürülməsinə səbəb oldu. Bu məqsədlərə nail olmaq üçün son tarix olan 2015-ci il yaxınlaşdıqca mən bu istiqamətdə səyləri artırmaqda qərarlıyam",  Ban Ki Mun deyib.

Xəbər lenti

Xəbər lenti