...

Azərbaycan-Gürcüstan sərhədində qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz daşınmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir - DSX rəis müavini

Siyasət Materials 25 Oktyabr 2010 12:24 (UTC +04:00)
Tağızadənin sözlərinə görə, "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsi çərçivəsində hər iki ölkənin sərhəd-nəzarət məntəqələri təkmilləşdiriləcək.
Azərbaycan-Gürcüstan sərhədində qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz daşınmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir - DSX rəis müavini

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Gürcüstan sərhədində yaşıl zolaqlarda qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz daşınmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir, - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə bildirib.

"Bu məntəqələr arasındakı yaşıl sərhədlərdə müvafiq iş aparılmalıdır ki, qaçaqmalçılıq, qanunsuz miqrasiya, narkotiklərin daşınmasının qarşısının alınması üçün müəyyən tədbirlər görülsün", - Tağızadə bildirib.

Bu gün Bakıda "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsinin təqdimatı olub.

Avropa İttifaqınin maliyyəsi və BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökumətinin birgə icra etdiyi layihənin icrasına sentyabrdan başlanılıb. Layihənin əsas məqsədi sərhədlərin idarə olunması sahəsində milli qurumlararası əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, qonşu sərhəd ölkələri (Ermənistan istisna olmaqla), Aİ-yə üzv dövlətlər və digər beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlığın artırılması, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və strateji idarəetmə potensialının inkişaf etdirilməsi, Azərbaycan qanunvericiliyi və reallıqlarını əks etdirən təkmilləşdirilmiş sənədin hazırlanmasından ibarətdir. Sənəd 2012-ci ilədək icra olunacaq. Layihənin icrasına 6,3 milyon avro ayrılıb.

Tağızadənin sözlərinə görə, "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsi çərçivəsində hər iki ölkənin sərhəd-nəzarət məntəqələri təkmilləşdiriləcək.

DSX rəsmisi bildirib ki, Azərbaycan ərazisinin 20 faizinin işğalı,  Ermənistan-Azərbaycan sərhədlərinin işğal altında olması Ermənistanla bu istiqamətdə əməkdaşlığı qeyri-mümkün edib. Bu səbəbdən, layihə çərçivəsində yalnız Azərbaycan-Gürcüstan əməkdaşlığı mümkündür.

Xəbər lenti

Xəbər lenti