...

Mixeil Saakaşvili Frankofoniya sammiti çərçivəsində Nikolya Sarkozi ilə görüşüb

Siyasət Materials 25 Oktyabr 2010 15:20 (UTC +04:00)
Frankofoniya sammiti çərçivəsində İsveçrənin Montro şəhərində Gürcüstan Prezidenti Mixeil Saakaşvili özünün fransalı həmkarı Nikolya Sarkozi ilə görüşüb. Bu barədə Gürcüstan XİN başçısının müavini Nino Kalandadze bazar ertəsi ənənəvi brifinqdə bildirib.
Mixeil Saakaşvili Frankofoniya sammiti çərçivəsində Nikolya Sarkozi ilə görüşüb

Gürcüstan, Tbilisi, 25 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Frankofoniya sammiti çərçivəsində İsveçrənin Montro şəhərində Gürcüstan Prezidenti Mixeil Saakaşvili özünün fransalı həmkarı Nikolya Sarkozi ilə görüşüb. Bu barədə Gürcüstan XİN başçısının müavini Nino Kalandadze bazar ertəsi ənənəvi brifinqdə bildirib.

İsveçrədə Mixeil Saakaşvili, həmçinin, Dominikar Respublikası və Kamerunun yüksək rütbəli şəxsləri, eləcə də İsveçrənin xarici işlər naziri ilə görüşüb.

Oktyabrın 23-24-də Frankofoniya sammitində gürcü tərəfi müşahidəçi statusunda iştirak edib. Lakin buna baxmayaraq, Gürcüstan Prezidentinə çıxış etmək imkanı verilib.

"Sammitdə Gürcüstanın ərazi bütövlüyünü, eləcə də Cenevrə danışıqlarının davam etdirilməsini və qaçqınların öz doğma evlərinə qayıtması haqqında BMT qətnaməsini birmənalı dəstəkləyən kommünike qəbul edilib", - Kalandadze qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan Prezidenti sammit iştirakçılarına göstərdikləri dəstəyə görə şəxsən minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti