...

Mərakeş Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır – nazir

Siyasət Materials 26 Oktyabr 2010 12:59 (UTC +04:00)
Mərakeş Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır və bu istiqamətdə səylərin artırılmasını davam etdirəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Mərakeş Krallığının sosial inkişaf və ailə məsələləri üzrə naziri Nuja Skalli məlumat verib.
Mərakeş Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır – nazir

Мarokko, Rabat, 26 oktyabr /Trend, xüsusi müxbir A.Qasımova/

Mərakeş Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır və bu istiqamətdə səylərin artırılmasını davam etdirəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Mərakeş Krallığının sosial inkişaf və ailə məsələləri üzrə naziri Nuja Skalli məlumat verib.

Nazir əməkdaşlıq üçün ən vacib sahələrdən birini ailə, qadın və uşaqlar sahəsində əlaqələrin inkişafı hesab edir.

Mərakeşli nazir bu sahədə əməkdaşlıq məsələlərinin daha ətraflı müzakirə olunması üçün yaxın vaxtlarda Azərbaycana gəlmək niyyətindədir. Bu, cavab səfəri olacaq.

Bu ilin iyununda Ailə, Qadın və Uşaq Məsələləri Dövlət Komitəsinin (AQUMDK) sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti Mərakeş Krallığının sosial inkişaf və ailə məsələləri üzrə nazirinin dəvəti ilə Rabatda olub.

Komitədən Trend-ə verilən məlumata görə, səfər zamanı AQUMDK və Mərakeş Krallığının Sosial İnkişaf və Ailə Problemləri Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənəddə ailələrə, qadınlara və uşaqlara əməkdaşlıq və dövlət proqramları çərçivəsində sosial yardımların göstərilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti