Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda Ukraynanın Baş naziri Nikolay Azarovu qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Bu əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin daha da artırılması üçün yaxşı potensialın mövcud olduğu vurğulandı.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq əməli addımlar barədə fikir mübadiləsi aparıldı.