...

Bəzi namizədlərin əleyhinə təbliğat aparmaqla məşğul olan nəşrlər cəzalandırılmalıdırlar – MSK sədri

Siyasət Materials 1 Noyabr 2010 17:29 (UTC +04:00)
Bəzi namizədlərin əleyhinə təbliğat aparmaqla məşğul olan nəşrlər cəzalandırılmalıdırlar. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov belə hesab edir.
Bəzi namizədlərin əleyhinə təbliğat aparmaqla məşğul olan nəşrlər cəzalandırılmalıdırlar – MSK sədri

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/

Bəzi namizədlərin əleyhinə təbliğat aparmaqla məşğul olan nəşrlər cəzalandırılmalıdırlar. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov belə hesab edir.

Onun sözlərinə görə, partiya nəşri olmayan bəzi qəzetlər hər nömrədə bu və ya digər deputatlığa namizədlərlə müsahibələr yerləşdirirlər. Hansısa qəzetdə namizədin materialı yerləşdirilirsə, digər namizədlərin təşviqatı üçün də şərait yaradılmalıdır", - Pənahov MSK-nın bazar ertəsi keçirilən iclasında deyib.

MSK-nın iclasında bu məsələnin Komissiyanın mətbuat qrupu tərəfindən həll edilməsi haqqında qərar qəbul edilib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti