...

İran regionun təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynamağa hazırdır – XİN rəhbəri

Siyasət Materials 4 Noyabr 2010 10:52 (UTC +04:00)
İran Qafqazda münaqişələrin nizamlanması məsələsində əhəmiyyətli rol oynamağa hazırdır. Bu barədə çərşənbə günü Tbilisidə gürcü həmkarı Qriqol Vaşadze ilə birgə keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Mənüçöhr Müttəki deyib.
İran regionun təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynamağa hazırdır – XİN rəhbəri

Gürcüstan, Tbilisi, 4 noyabr /Trend, müxbir N.Kirsxaliya/

İran Qafqazda münaqişələrin nizamlanması məsələsində əhəmiyyətli rol oynamağa hazırdır. Bu barədə çərşənbə günü Tbilisidə gürcü həmkarı Qriqol Vaşadze ilə birgə keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Mənüçöhr Müttəki deyib.

"Bizim üçün Qafqaz regionunda sabitlik çox vacibdir. Tehran üçün bu kifayət qədər həssas mövzudur. Ona görə də biz bu regionun problemlərinin həllində iştirak etməyə hazırıq", - Müttəki deyib.

"İran hesab edir ki, regionun sabitliyi onun təhlükəsizliyinə və dünyəvi inkişafına zəmanət deməkdir", - iranlı nazir ərazi bötüvlüyü prinsipinin region ölkələri arasında əsas əməkdaşlıq prinsipi olduğunu qeyd edərək bildirib.

Müttəki vurğulayıb ki, regionda bütün mübahisəli məsələlər sülh yolu ilə həll olunmalıdır.

"İran hesab edir ki, təhlükəsizlik, energetika, tranzit regionda sabitliyin əsas mövzulardır", - Möttəki deyib.

Vaşadze İranın xarici işlər nazirinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti