...

Ramiz Mehdiyev: Azərbaycanda tətbiq olunan müasir informasiya texnologiyaları azad və ədalətli seçkilərin keçirilməsinə öz töhfəsini verəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Noyabr 2010 13:27 (UTC +04:00)
Azərbaycanda tətbiq olunan müasir informasiya texnologiyaları ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə öz töhfəsini verəcək. Bu barədə cümə axşamı Bakıda BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatının buraxılış təqdimatında Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
Ramiz Mehdiyev: Azərbaycanda tətbiq olunan müasir informasiya texnologiyaları azad və ədalətli seçkilərin keçirilməsinə öz töhfəsini verəcək (ƏLAVƏ OLUNUB)

RED. əlav.: 6-8-ci abzaslarda Ramiz Mehdiyevin jurnalistlərə dediyi fikirlər əlavə olunub.

Azərbaycan, Bakı, 4 noyabr / Trend,müxbir S.Ağayeva, М.Əliyev/

Azərbaycanda tətbiq olunan müasir informasiya texnologiyaları ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə öz töhfəsini verəcək. Bu barədə cümə axşamı Bakıda BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatının buraxılış təqdimatında Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

"Bu gün Azərbaycanda bütün siyasi qüvvələr bütün namizədlər üçün bərabər şəraitin təmin oldunduğu parlament seçkilərində iştirak edirlər", - o bildirib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

"Məntəqələrdə qurulan 500 veb-kameranın köməyi ilə seçki prosesini müşahidə etmək mümkün olacaq", - Mehdiyev deyib.

O, həmçinin, seçkilərin demokratik keçirilməsində kütləvi informasiya vasitələrinin qərəzsiz mövqeyini də qeyd edib.

Ramiz Mehdiyevin jurnalistlərə bildirdiyi kimi, Azərbaycanda ənənəvi seçki prosesi demokratik şəraitdə keçirilir və növbəti parlament seçkiləri də qanun çərçivəsində keçiriləcək.

Azərbaycan vətəndaşları demokratik seçkilərin təminatı üçün hakimiyyətin yaratdığı şəraitin şahidi ola bilərlər.

Azərbaycan Prezident Administarsiyasının rəhbəri ATƏT-in ölkədə seçkiqabağı vəziyyət haqqında aralıq hesabatını onun fikrincə, bəzi çatışmazlıqların olmasına baxmayaraq, müsbət qiymətləndirib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti