...

Saat 10:30-a olan məlumata görə, Azərbaycanda yüksək seçici fəallığı əsasən mərkəzi şəhərlərdə müşahidə olunur – AVCİYA

Siyasət Materials 7 Noyabr 2010 10:31 (UTC +04:00)
Azərbaycanda yüksək seçici fəallığı əsasən mərkəzi şəhərlərdə müşahidə olunur
Saat 10:30-a olan məlumata görə, Azərbaycanda yüksək seçici fəallığı əsasən mərkəzi şəhərlərdə müşahidə olunur – AVCİYA

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir T.Hacıyev/

Saat 10:30-a qədər yüksək seçici fəallığı əsasən mərkəzi şəhərlərdə - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xaçmaz və Lənkəranda müşahidə olunub. Bu barədə bazar günü Trend-ə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının sədri Məhərrəm Zülfüqarlı bildirib.

Zülfüqarlının sözlərinə görə, AVCİYA tərəfindən 125 dairə üzrə 4400 məntəqədə müşahidə aparılır. 21 operator müşahidəçilərlə telefon əlaqəsi saxlayır.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti