...

Azərbaycanda parlament seçkilərində seçici fəallığı səhər saat 10:00 üçün 10,61 faiz təşkil edib

Siyasət Materials 7 Noyabr 2010 11:12 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərində seçici fəallığı yerli vaxtla 10:00-a olan məlumata görə, 10,61 faiz (524 926 seçici) təşkil edir. Bu barədə Trend-ə Azərbaycan MSK yanında Seçkilər İnformasiya Mərkəzindən məlumat verilib.
Azərbaycanda parlament seçkilərində seçici fəallığı səhər saat 10:00 üçün 10,61 faiz təşkil edib

Azərbaycan, Bakı,7 noyabr /Trend,müxbir М.Əliyev/

Azərbaycanda parlament seçkilərində seçici fəallığı yerli vaxtla 10:00-a olan məlumata görə, 10,61 faiz (524 926 seçici) təşkil edir. Bu barədə Trend-ə Azərbaycan MSK yanında" Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.

Azərbaycanda parlament seçkilərinə səsvermə yerli vaxtla 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyasından verilən rəsmi məlumata görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

MSK səsvermənin gedişatı barədə məlumatı 12:00, 15:00, 17:00 və 19:00-da verəcək.

Xəbər lenti

Xəbər lenti