...

Azərbaycan Prezidenti MDB İcraiyyə Komitəsinin icraçı katibini qəbul edib

Siyasət Materials 8 Noyabr 2010 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedevi qəbul edib.
Azərbaycan Prezidenti MDB İcraiyyə Komitəsinin icraçı katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedevi qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedev Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün MDB-dən 352 nəfərdən ibarət müşahidəçilər missiyasının ölkəmizə gəldiyini vurğulayaraq missiya üzvlərinin Azərbaycanın müxtəlif regionlarında üç mindən artıq məntəqədə seçkiyə hazırlıq məsələləri və seçki prosesinin gedişi ilə yaxından tanış olduqlarını bildirib. Sergey Lebedev MDB müşahidəçilər missiyasının üzvlərinin Azərbaycanın şəhər və rayonlarının simasının necə dəyişdiyini və yerlərdə insanların yüksək əhval-ruhiyyədə olmalarını müşahidə etdiklərini qeyd edib.

Dövlətimizin başçısı MDB dövlətlərindən olan müşahidəçilər missiyasının üzvlərinin həm seçkilərə hazırlıq prosesini, həm seçkilərin gedişini müşahidə etmələrindən, həmçinin onların Azərbaycanın regionlarında gedən inkişaf prosesləri ilə yaxından tanış olmalarından məmnunluğunu bildirib. Prezident İlham Əliyev seçki prosesinin daha da təkmilləşdirilməsi, hər bir namizəd üçün bərabər şəraitin yaradılması və seçkilərin şəffaflığının təmin edilməsi ilə bağlı ölkəmizdə bütün lazımi addımların atıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti