...

İlham Əliyev Cəlal Tələbanini təbrik edib

Siyasət Materials 12 Noyabr 2010 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Cəlal Tələbanini təbrik edib.
İlham Əliyev Cəlal Tələbanini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Cəlal Tələbanini təbrik edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"İraq Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Cəlal Tələbaniyə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti