...

AŞ PA-nın qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkisinin nəticələri müzakirə ediləcək - Səməd Seyidov

Siyasət Materials 16 Noyabr 2010 13:46 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı məruzələr dinləniləcək.
AŞ PA-nın qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkisinin nəticələri müzakirə ediləcək - Səməd Seyidov

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir T.Hacıyev/

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı məruzələr dinləniləcək. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

"Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin bugünkü iclasında yalnız Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı ümumi məlumat veriləcək. Məruzənin özü və müzakirələr qurumun yanvarda Strasburqda keçiriləcək sessiyasının gündəliyinə salınacaq", - Seyidov deyib.

Noyabrın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin iclası başlayıb.

AŞ PA MK-nın Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex (Malta) və Pedro Aqramunt (İsraniya) seçki öncəsi Azərbaycana səfərlərinin nəticələri ilə bağlı hesabat təqdim edəcəklər.

Seyidov bildirib ki, seçki prosesi yalnız Mərkəzi Seçki Komissiyası öz işini bitirəndən, Konstitusiya Məhkəməsi öz qərarını verəndən sonra bitmiş hesab olunur.

"Ondan sonra seçkinin nəticələrini müzakirə etmək və seçkinin nəticələri haqqında fikir mübadiləsi aparmaq mümkündür", - Seyidov əlavə edib.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçirilib. Seçkilərdə 690 deputatlığa namizəd mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini açıqlayıb. Parlament seçkisini 1000-dən artıq beynəlxalq müşahidəçi izləyib.

Xəbər lenti

Xəbər lenti