...

Azərbaycanda parlament seçkilərinin yekun nəticələri noyabrın sonunadək Konstitusiya Məhkəməsinə təqdim ediləcək - MSK katibi

Siyasət Materials 16 Noyabr 2010 15:30 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini noyabrın sonuna qədər Konstitusiya Məhkəməsinə təqdim edəcək.
Azərbaycanda parlament seçkilərinin yekun nəticələri noyabrın sonunadək Konstitusiya Məhkəməsinə təqdim ediləcək - MSK katibi

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini noyabrın sonuna qədər Konstitusiya Məhkəməsinə təqdim edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə MSK katibi Natiq Məmmədov bildirib.

"Seçki Məcəlləsinin tələblərinə əsasən, protokolların qəbul olunmasından 20 gün sonra nəticələr Konstitusiya Məhkəməsinə təqdim olunur. Bu da təxminən noyabr ayının 29-na təsadüf edir", - Məmmədov deyib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini açıqlayıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti