...

Azərbaycan Prezidenti Oman Sultanını təbrik edib

Siyasət Materials 18 Noyabr 2010 20:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanı Qabus bin Səidi təbrik edib.
Azərbaycan Prezidenti Oman Sultanını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanı Qabus bin Səidi təbrik edib. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Oman münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Qabus bin Səidə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti