...

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 19 Noyabr 2010 14:11 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin cümə günü Azərbaycana səfəri başa çatıb.
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin cümə günü Azərbaycana səfəri başa çatıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Heydər Əliyev Beynəlxalq hava limanında Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Nursultan Nazarbayevi Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

Nazarbayev Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün noyabrın 18-də Bakıya gəlmişdi.

Xəbər lenti

Xəbər lenti